...

Məhkəmə sabiq millət vəkilinə bəraət vermədi

Cəmiyyət Materials 4 Dekabr 2007 11:34 (UTC +04:00)

Azərbaycan,Bakı Trend müxbir K.Zərbalıyeva/ Ali Məhkəmə sabiq millət vəkilinin kassasiya şikayətini təmin etməyib.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Hüseyn Abdullayev mayın 18-də Bakının Səbail rayon məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq məhkəmə zalından azad edilib. Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Sabiq millət vəkili Abdullayevin vəkili Cavanşir Süleymanov çərşənbə axşamı Trend ə bildirib ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarından verilmiş şikayəti rədd edib və Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Süleymanov sabiq millət vəkili barəsində çıxarılmış hökmdən İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət verilib-verilməyəcəyinin hələlik konkretləşmədiyini deyib. Vəkilin sözlərinə görə, Abdullayevlə məsləhətləşəndən sonra Avropa Məhkəməsinə müraciət məsələsi həll olunacaq.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin döymə (132-ci) və xuliqanlıq (221.2-ci) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda döymə maddəsi ilə işə xitam veriıb. Millət vəkilinə Cinayət Məcəlləsinin xuliqanlıq (221.2-ci) və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə (128-ci) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti