...

Azərbaycanlı şahmatçılar komanda formatında keçirilən Dünya Çempionatından kənarda qala bilərlər

Cəmiyyət Materials 8 Dekabr 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın Kritdə keçirilən Avropa çempionatında bürünc medal qazanan şahmat üzrə yığması komanda formatında keçirilən Dünya Çempionatından kənarda qala bilər. Dörd ildə bir dəfə keçirilən yarışda Avropa-2007 çempionatında üçüncü yer tutan komanda iştirak edə bilməz. Burada seçim üçün əsas meyar növbəti ildə Drezdendə keçiriləcək şahmat Olimpiadasında uğurlu iştirakdır. Çempionatın nəticələrinə görə, dörd ən yaxşı kollektiv mundiala buraxılış alacaq və həmvətənlərimizə dördilliyin əsas yarışmasında yaxşı çıxış etmək lazımdır. Planet çempionatına qitə birinciləri və qarşıdakı yarışın ev sahibləri buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti