...

Müğənni Xəyyam Nisanov bəstəkar Vaqif Gərayzadə ilə əməkdaşlıqdan qürur duyur

Cəmiyyət Materials 10 Dekabr 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /müx. TrendLife Türkan İmaməliyeva/

Gənc müğənni Xəyyam yeni klipinin çəkilişlərinə hazırlaşır. Musiqisi Nazimə, sözləri Kübraya məxsus olan "Belə-belə gəl" mahnısını ekranlaşdırmaq üçün rejissor Emin Mirabdullayevə müraciət edib. Xatırladaq ki, bu, Xəyyamla Eminin ilk işbirliyidir. Müğənninin TrendLife-a verdiyi məlumata görə, əgər bu klip onun xoşuna gəlsə, Eminlə əməkdaşlığını davam etdirəcək. Hələ ki, Xəyyam yeni klipinin necə alınacağı barədə fikir söyləməyə tələsmir. Məlumat üçün onu da qeyd edək ki, gənc müğənni paralel olaraq yeni albom üzərində də çalışır. Müğənni açıqlamasında bildirdi ki, yeni alboma Vaqif Gərayzadənin, Gövhər Həsənzadənin və bir çox başqa bəstəkarların mahnıları daxil olunacaq. Vaqif Gərayzadə ilə əməkdaşlığından qürur hissi duyan müğənni bildirdi ki, bu, onun yaradıcılığında müsbət istiqamətə aparan yoldur: "Çünki Vaqif Gərayzadə həqiqətən peşəkar bəstəkardır. Onunla əməkdaşlıq etmək yaradıcılığıma müsbət təsir göstərir. Çox güman ki, yeni albomun adı da elə onun mahnılarından biri "İndi bildim" və ya "Ləpələr" adlanacaq.

Xəbər lenti

Xəbər lenti