...

Beynəlxalq Əmək Təşkilatı trafikinqlə mübarizə məqsədilə Azərbaycan hökuməti ilə işləyəcək

Cəmiyyət Materials 11 Dekabr 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Beynəlxalq Əmək Təşkilatı (BƏT) insan alveri ilə mübarizə sahəsində islahatları gücləndirmək məqsədilə Azərbaycan hökuməti ilə işləyəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Beynəlxalq Əmək Təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Zsolt Dudas məlumat verib.

"Azərbaycanda görüləsi işlər çoxdur" - deyə Dudas bildirib.

Dudasın sözlərinə görə, insan alveri ilə mübarizəyə dair milli fəaliyyət planı yaxşı tərtib olunub, lakin öyrəniləsi bir sıra praktiki məqamlar var. Ekspertin fikrincə, onu Azərbaycanda təkcə cinsi trafikinq deyil, eləcə də insanlardan orqanlarının satışı və ya ucuz işçi qüvvəsi kimi istifadə olunması da narahat edir.

"BƏT işçilərin əmək müqaviləsi olmadan işə qəbul edilməsinin qarşısını almaq üçün işədüzətmə agentliklərinin fəaliyyətini də araşdırır" - deyə Dudas əlavə edib.

Xəbər lenti

Xəbər lenti