...

Estrada ulduzları əlil uşaqlar üçün xeyriyyə konserti veriblər

Cəmiyyət Materials 12 Dekabr 2007 17:55 (UTC +04:00)

Azərbacan, Bakı, 12 dekabr /müx. TrendLife Amal Rübai/

Azərbaycanın estrada ulduzları paytaxt restoranlarının birində əlil uşaqlar üçün xeyriyyə konserti veriblər. Qeyd edək ki, xeyriyyə konsertinin keçirilməsi prodüser Zümrüd Güləliqızının təklifi olub. Güləliqızının TrendLife-a verdiyi məlumata görə, silsilə aksiyaları bir çox restoranlarda davam edəcək. "Bu aksiyanı keçirmək üçün müğənnilərə müraciət edəndə, hər kəs bunu gözəl qarşıladı. Çünki uşaqların sevinci bizim sevincimizdir. Çox istərdim ki, dövlət məmurları, imkanlı şəxslər belə aksiyalarda iştirak etsinlər. Bizə göstərdikləri köməyə görə, şadlıq evinin müdiri Vəli müəllimə, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Rafiq Abbasova, "Vur-çatlasın" verilişinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, konsertdə əməkdar artist Kəmalə Rəhimli, müğənnilər Zeynəb Dostəliyeva, Ziyafət Yaqubova, "N-brothers", "Şeron" qrupu, Nado, Arif Səlimov və başqaları iştirak ediblər.

.

Xəbər lenti

Xəbər lenti