...

Müğənni Kərim borclarını qaytardı

Cəmiyyət Materials 13 Dekabr 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Amal Rübai/

Müğənni Kərimin TrendLife-a verdiyi məlumata görə, ailəsində artım gözlənilir.

"Bir müddət əvvəl, həyat yoldaşımın, keçirdiyi sterslərə görə, hamiləliyi pozuldu. Bunun səbəbi isə mənim haqqımda gəzən çirkin söz-söhbətlər və 23 min dollar borcumun olması idi. Hər gün borc yiyələri evə gəlir, söyür, təhqir edir qışqırırdılar. Artıq bu problemi həll etmişəm. Yəqin bilirsiniz ki, bu yaxınlarda avtomobil qəzasına düşmüşdüm. Mehriban düşmənlərim də buna baxıb gülürdülər. Qoy gülsünlər, maşını əzmək olar, əsas odur ki, maşını adamın əlindən almasınlar. Rəqsanə isə, yatmazdan əvvəl fikirləşsin ki, onu səhər nə gözləyir. Allah onsuz da onun cəzasını verəcək".

Müğənni onu da qeyd edib ki, yoldaşını bütün xoşagəlməz məqamlardan qoruyur. "Mən istəmirəm ki, yoldaşım Təranə işləsin. Bilirsiniz ki, o, istedadlı prodüserdir. Amma evdə oturub, gələcək övladımızı düşünsə, daha yaxşı olar. İndi çox müğənnilər onunla işləmək istəyirlər. Sadəcə, mən razı deyiləm. Çünki şou-biznesin iç dünyasını tanıdım".

Xəbər lenti

Xəbər lenti