...

"Azəri Star+"un növbəti turu duetlərlə yadda qaldı

Cəmiyyət Materials 18 Dekabr 2007 23:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/ "Azəri Star+" yarışması Azərbaycan şou-biznesinə yeni səslərin gəlməsində özünəməxsus rol oynayıb. Dünən Rəşid Behbudov adına Mahnı Teatrında "Azəri star+"un növbəti turu iştirakçıların ifa etdikləri duetlərlə yadda qaldı. İştirakçılara dəstək olmaq üçün tanınmış müğənnilər də müsabiqədə uşaqlarla bərabər iştirak edirdi. Beləliklə, duet ortaqlarını bir daha xatırladaq. Öncə səhnəyə çıxan Nicat Cəfərov (6589) müğənni Xuraman Şuşalı ilə duet oxudu. Bu çıxış alqışalayiq idi.

Səhnəyə dəvət olunan ikinci iştirakçı, özünü Şüvəlanın meqastarı adlandıran İlahə Cəfərova (6586) müğənni Kərimlə duet ifa etdi. Vüsalə Seyidova (6576) isə hər zamankı kimi öz istedadı və səsi ilə hamıdan fərqləndi. Onun duet ortağı tanınmış müğənni Röya oldu. Onlar musiqisi Vüqar Camalzadənin, sözləri Məleykə xanıma aid olan "Səninlə" mahnısını ifa edərək zövq oxşadılar.

Pərviz Abdullayev (6573) isə müğənni Səidə Sultanla bərabər "Neçə mutlu yıllara" türk mahnısını ifa etdi. Bu ifa da pis alınmadı. Zarinə Məmmədova (65-74) isə meyxanaçı Vuqarla birgə "Azərbaycan" mahnısını oxudu.

Solo ifaya gəlincə, Aygün Şükürova (6571) "Yalnız sən", İlahə Cəfərova "Son peşmanlıq", Nicat Cəfərov "Nərgizim", Vüsalə Seyidova xarici mahnı, Pərviz Abdullayev "Axtaracaqsan", Zarina Məmmədova isə "Sənli illərim" mahnısını ifa etdi.

Həftənin üçüncü günü saat 22.00-da "Space" telekanalında yayımlanacaq "Azəri star+" müsabiqəsindən kimin gedib, kimin qalacağı məlum olacaq. Qeyd edək ki, həmin gün yarışmaya iştirakçıları dəstəkləmək üçün müğənni Nazpəri Dostəliyeva da gələcək.

Xəbər lenti

Xəbər lenti