...

Yeni il ərəfəsində Azərbaycanda hava mülayim olacaq

Cəmiyyət Materials 19 Dekabr 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda Yeni il bayramı ərəfəsində hava şəraiti mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva çərşənbə günü Trend ə bildirib ki, ilkin proqnozlara görə, dekabrın 27-dən 31-dək Azərbaycanda havanın temperaturu qismən artacaq, yağıntılar olmayacaq. Bakı və Abşeron yarımadasında 10 dərəcəyədək isti gözlənilir.

Dekabrın 18-dən Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür. Əksər ərazilərdə qar yağıb, temperatur 3-6 dərəcəyədək düşüb. Bakı və Abşeron yarımadasında isə, yağıntılar intensivləşib.

Xəbər lenti

Xəbər lenti