...

Yanvarın 6-da intellektual oyunlar üzrə birinci "Trend" Kubokunun final oyunu keçiriləcək (video)

Cəmiyyət Materials 19 Dekabr 2007 18:38 (UTC +04:00)
Yanvarın 6-da intellektual oyunlar üzrə birinci "Trend" Kubokunun final oyunu keçiriləcək (video)

Azərbaycan, Bakı, / Trend / Trend İnformasiya Agentliyi və "Xəzər" intellektual gənclər klubu tərəfindən təşkil olunmuş intelleutual oyunlar üzrə birinci Trend kubokunun finalı yanvarın 6-da, saat 12:00-da Bakı Əyləncə Mərkəzində keçiriləcək. Yarışmada ölkənin müxtəlif ali məktəblərindən 30 kollektiv və gənclərdən ibarət komandalar, eləcə də, yerli şou-biznesin ulduzlarından formalaşdırılmış komanda iştirak edəcək.

"Məqsədimiz gəncləri, tələbələri və hətta məktəbliləri bizim hərəkata cəlb etmək olub. Onların məntiqi təfəkkürünü inkişaf etdirmək, dünyagörüşünü genişləndirmək, öz vətənimzi unutmamaq şərtilə, dünya mədəniyyəti və tarixi ilə mümkün qədər yaxından tanış etməkdir- deyə "Xəzər" İntellektual Gənclər Klubunun prezidenti Seymur Teymurov bilirib.

"Xəzər" İntellektual Oyunlar Klubu 2001-ci ilin aprel ayında BDU-nun, əsasən, hüquq və tarix fakültəsinin bir qrup tələbəsi tərəfindən yaradılıb. Klub yaradılmazdan əvvəl tələbələr digər klublarda oynayırdılar, lakin orada oyunlar rus dilində aparılırdı.

"Oyunların Azərbaycan dilində keçiriləcyi klub yaratmaq imkanı bizim arzularımızla tamamilə üst-üstə düşdü" - deyə Teymurov bildirib.

Teymurovun sözlərinə görə, klubun mövcud olduğu 7 ilə yaxın dövr ərzində bir çox şeylərə nail olunub. "Bu dövr ərzində klubumuzdan 2 mindən çox insan keçib. Bu gün Azərbaycanın bir sıra iri ali məktəblərində bizim klubun misalında yaradılan intellektual klublar fəaliyyət göstərir. Beləliklə, demək olar ki, düz yoldayıq, qarşımıza qoyduğumuz məqsədlərə isə gələcəkdə çatacağıq" - deyə Teymurov qeyd edib.

Klubun prezidentinin sözlərinə görə, "Xəzər" klubunun əsas problemi oyunların keçirilməsi üçün binanın olmamasıdır. "Artıq altı ildir ki, klubun "evi" BDU olub. Lakin bir neçə ay bundan əvvəl səbəblər bizdən oradan "getməyimizi" xahiş etdilər, səbəbini izah edə bilmirik. Klub oyunlarını Azərbaycan Dillər Universitetində keçirir. İkinci problem, intellektual oyunlar üzrə turnir və festivallar təşkil etməyə sponsorun tapılmamasıdır" - deyə Teymurov bildirib.

Xəbər lenti

Xəbər lenti