...

Katolik dünyası Milad bayramını qeyd edir

Cəmiyyət Materials 25 Dekabr 2007 05:56 (UTC +04:00)
Katolik dünyası Milad bayramını qeyd edir

Bu gün katoliklər, eləcədə Qriqorian təqvimi ilə yaşayan xristian dininin başqa istiqamətlərinin nümayəndələri əsas dini bayramlarından biri - Milad bayramını qeyd edirlər. Bəzi ölkələr üçün bu bayram ildə əsas sayılır.

Roma papası Benedikt XVI Vatikanda Müqəddəs Pyotr caməsində gün ərzində 3 dəfə bayram ibadəti keçirəcək. Bundan sonra o dindarlara hər il etdiyi kimi ənənəvi olaraq müraciət edəcək.

Birləşmiş Ştatların vahid aerokosmik müdafiə komandanlığı Santa-Klausun xizəylərin hara getdiyini izləyəcəklər və bunu istifadəçilər xüsusi saytda müşahidə edə biləcəklər.

Britaniyalıları kraliça II Elizavetanın ənənəvi müraciətini gözləyəcəklər. Bu il kraliçənin Milad bayramı ilə əlaqədar müraciəti 50-ci dəfə səslənəcək. Hər il kraliçə çıxış üçün müəyyən mövzu seçir.

Gözlənildiyi kimi, bu gün, o müraciətində vətəndaşları köməyə möhtac olanlara kömək olunmasına çağıracaq. Pravoslav xristianlar Milad bayramını Yulian təqvimi ilə 7 yanvara gecə keçirəcəklər. ( RBK )

Xəbər lenti

Xəbər lenti