...

Taekvando üzrə Azərbaycan yığmasının liderlərindən biri lisenziyalı turnirdə iştirak etmək hüququ qazanıb

Cəmiyyət Materials 25 Dekabr 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Taekvando üzrə Azərbaycan yığmasının liderlərindən biri olan Rəşad Əhmədov yanvarda Yaponiyada keçirilcək lisenziya turnirində Pekin Olimpiadasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Komandanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi məlumata görə, idmançının əsas heyətdə yer alması şübhə doğurmur.

"Rəşad Koreyda keçirilən təlim-məşq toplanışında spparinq zamanı dayanq sahibinə qalib gələrək özünü çox yaxşı göstərdi. Buna görə onun qarşıda gözlənilən yarışda iştirak etmə məsələsi 99 faiz həll olunub. Komandanın heyətində digər vakansiyalar üzrə 67 kq çəkidə çıxış edən Niyaməddin Paşayev və İlkin Şahbazov mübarizə aparacaq" - deyə mütəxəssis qeyd edib.

Əhmədov əvvəllər Mançesterdə Pekinə lisenziya uğrunda mübarizə aparıb. Lakin o, burada ABŞ-dan olan ikiqat olimpia çempionu Stiven Lopesə minimal hesabla məəğlub olub.

Xəbər lenti

Xəbər lenti