...

Müğənni Ədalət Şükürova həmişə yaşıl işıqdır

Cəmiyyət Materials 25 Dekabr 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Space" telekanalında canlı yayımlanan "8-104" verlişinin bu günkü qonağı müğənni Ədalət Şükürov oldu. Ədalət də verilişə bir az gecikdi. Bu vaxt ərzində aparıcı Nəsib Nur efirə daxil olan SMS -ləri oxudu. SMS-in birində tamaşaçının biri meyxanaçı Namiq Qaraçuxurlunu sevdiyini bildirirdi. Özünü, vaxtında olmasa da, efirə çatdıran müğənni Ədalət Şükürov gecikməyinin səbəbini yolda olan tıxaclarla əlaqələndirdi. Nəsib isə "Ay, Ədalət axı sənə həmişə yaşıl işıqdır. Sən də tıxaclarda qalarmışsan" kimi zarafat elədi.

Hər kəsi salamladıqdan sonra o, da, öz növbəsində, "Sən indi kiminsən?" mahnısını bütün izləyicilərə ərməğan etdi. Daha sonra bir az Nəsiblə zarafat edib, yaradıcılığı barədə danışmağa başladı.

"Yeni ildə müxtəlif televiziya layihələri var ki, onların üzərində işləyirik. İş çox olduğundan, solo konsert vermək fikrində deyiləm. Hamının yaxşı tanıdığı "Qaranquş" mahnısına Kubada klip çəkdirmək niyyətindəyəm. Klipdə bir qadının özündən nə qədər razı olduğu deyilir. Özü haqqında o qədər yüksək fikirdədir ki, istədiyi oğlan ona deyir ki, əgər istəsən, göydən ulduz dərib, sənə verərəm. Yeni mahnılar üzərində işləyirəm. Əslində, yeni ildə yenilik çox olacaq. Az qalıb, bir az səbr edin, özünüz hər şeyin şahidi olacaqsınız".

"8-104" - ün sabahkı qonağı faytonçu Nazim olacaq.

Xəbər lenti

Xəbər lenti