...

Muğam Teatrının yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 26 Dekabr 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Günel Əhmədova/

Gələn il Muğam Teatrının yaranmasının 20 ili tamam olacaq. Bu barədə TrendLife-a məlumat verən teatrın direktoru Arif Qazıyev bildirib ki, yubiley çərçivəsində

teatrın 20 il ərzində gördüyü işlərdən bəhs edən kitab da çap etdiriləcək: "Hazırda kitabda yer alan materiallar toplanır. Amma hələlik nəşrin müəllifinin kimliyi dəqiqləşdirilməyib".

Yubiley mərasiminə gəlincə isə, Arif Qazıyev qeyd etdi ki, mərasim Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçiriləcək. Tədbirin ssenarisinin hazırlanmasına yeni il tədbirlərindən sonra başlanılacaq.

Söhbət əsnasında öyrəndik ki, 2008-ci ildən etibarən Muğam Teatrında muğam dəstgahlarımız yeni quruluşda hazırlanacaq. Arif Qazıyevin sözlərinə görə, 7 muğam dəstgahının hamısı yeni quruluşda təqdim olunacaq. İl ərzində hazırlanacaq dəstgahların bəzisində yeni ifaçılar çıxış edəcək. Teatrın qocaman solistlərinə də müraciət ediləcəyini söyləyən mədəniyyət ocağının direktoru bunun bir yenilik olacağını qeyd etdi.

Xəbər lenti

Xəbər lenti