...

Güclü qar Cənub bölgəsində problemlər yaradıb.

Cəmiyyət Materials 5 Yanvar 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Azərbaycanın Cənub bölgəsində ən çox Lerik rayonuna qar yağıb və rayonun kəndlərlə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Rayon mərkəzinə yarım metrdən artıq, ucqar kəndlərə isə bir metrə qədər yağan qar kəndlərin rayonla əlagəsini kəsib. Rayon mərkəzinə heç bir nəqliyyat işləmir. Elektrik və qaz probleminin olmadığı bildirilir.

Lerik paylayıcı elektrik şəbəkəsinin rəisi Aydın Məmmədovun verdiyi məlumata görə, Lerik qəsəbəsində hazırda işıq yoxdur. Onun sözlərinə görə, qarın möhkəm və davamlı yağması nəticəsində elektrik naqillərində buzlama baş verdiyindən xəttlər qırılır. Təxminən 200- 300 metr uunluğunda naqil qırılıb. Bir neçə saata qəsəbədə işıq bərpa olunacaq. Məmmədov əlavə edib ki, güclü qar kəndlərə də elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına səbbə ola bilər.

Dünən axşam saatlarında Lənkərana yağan qar ciddi problemlər yaratmasada, rayonun bir neçə kəndində elektrik dirəklərinin aşması nəticəsində elektrik enerjisinin verilməsinedə fasilələr yaranıb. Enerjinin verilişi artıq bərpa edilib. Qarın yağması nəticəsində yollar buz bağlayıb, lakin yol nəqliyyat qəzaları qeydə alınmayıb. Dövlət Yol Polisindən bildiriblər ki, yolların qardan təmizlənməsi həyata keçirilir.

Güclü qar Cənub bölgəsində bəzi televiziyaların yayımında da problemlər yaradıb.

Xəbər lenti

Xəbər lenti