Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının yanvarın 10-da başlaması haqda fətva verib.
Bu il Aşura yanvarın 19-na düşür.
Qazılar Şurasının fətvasında qeyd olunub ki, Aşura mərasimləri yalnız məscidlərdə, ibadət ocaqlarında, ictimai asayişin qaydalarına əməl olunmaqla keçirilməlidir: "Bu matəmin mahiyyətini yetərincə dərk etməyən azyaşlıların mərasimlərdə iştirakı məqbul deyil. Dindarlar qan çıxarmaqla özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər".
Qazılar Şurası bir neçə il əvvəl Məhərrəm ayında ehtiyacı olanlara qan verilməsi aksiyasının bu il də davam etdirilməsinə çağırır.