Azərbaycan, Bakı, 28 yanvar /müx. TrendLife Cavid Osmanov/
"Space" telekanalında yayımlanan VİP Club verilişi öz pərəstişkarlarını təəccübləndirməkdə davam edir. Bu dəfə Orxan və Fərid Rzayev qardaşları efirə qızların sevimlisi olan Dima Bilanı dəfət etdilər.
Dima Bilan Bakıya adını gizli saxlanmasını istəyən yerli biznesmenlərdən birinin qızının toy mərasminə dəvətli idi. İş ondadır ki, biznesmenin qızı Dimanın fanatıdır. Rzayev qardaşlarına böyük hörməti olan Dima onların sözünü yerə salmayıb, verilişlərində iştirak etməyə razılıq verib. Verilişə dəvətli olan müğənni hətta sonda Azərbaycan dilində bir neçə kəlmə də söylədi: "Yenidən Bakıda olmağıma çox şadam. Həm Bakını, həm də qız fanatlarımı çox sevirəm".