...

"Qızlar" serialının davamı olacaq – Azərbaycan aktrisası Vəfa Rzayeva

Cəmiyyət Materials 1 Fevral 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı,01 fevral /müx. TrendLife Şahin Cavadsoy

ANS kanalında cəmi altı seriya ilə yayımlanan "Qızlar" serialının çəkilişləri davam edəcək. Bu açıqlamanı TrendLife-a serialın baş qəhrəmanlarından biri olan aktrisa Vəfa Rzayeva söylədi: "Bakı film" studiyasının istehsalı olan bu serial, yayımlandığı müddət ərzində tamaşaçıların böyük rəğbətini qazanıb. Düzdür, indi bir çox söz-söhbətlər gəzib-dolaşır ki, serialda açıq-saçıq səhnələr olduğundan, teleserialın sona çatdırılmasına qadağalar qoyulub. Amma bu heç də belə deyil. "Qızlar"ın taleyi ilə maraqlanan izləyicilərə demək istəyirəm ki, bir az da səbrli olsunlar. Çünki, yaxın aylarda yaradıcı heyət yenidən bir araya gəlib, serialın davamını ekranlaşdıracaq".

Xəbər lenti

Xəbər lenti