...

Həkimlərə dedim ki, istəyirsiniz sizin üçün rəqs edim-rəqqasə Fatimə

Cəmiyyət Materials 1 Fevral 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral /müx. TrendLife Cavid Osmanov/

TrendLife rəqqasə Fatimənin burnunu əməliyyat etdirməsi barədə xəbər vermişdi. Dünən isə biz onun evində qonaq olub, rəqqasənin səhhətilə maraqlandıq.

-Əməliyyat yanvarın 17-də oldu. Üç saatdan çox davam edən əməliyyatı Rusiyada yaşayan həmyerlimiz olan peşəkar həkim apardı. İndi vəziyyətim yaxşıdır.

-Əməliyyat stoluna uzanarkən hansı hissləri keçirirdiniz?

-Əmin idim ki, hər şey normal keçəcək. Ona görə də qorxmurdum. Ancaq cərrah alətlərini görən kimi fikrimdən vaz keçmək istədim. Həkimlər məni sakitləşdirdilər. Hətta həmin anda onlarla zarafat da elədim ki, istəyirsiniz rəqs edim. Tibb bacısının iynəsindən sonra isə yuxu məni apardı.

Deyilənlərə görə, əməliyyat zamanı sizin halınız dəyişib...

-Təsəvvür edin ki, əməliyyat zamanı birdən-birə ayıldım. Başa düşdüm ki, yatmamışam. Heç bir hərəkət edə bilmirdim. Vəziyyətim get-gedə ağırlaşırdı. Allaha yalvarırdım ki, mənə kömək olsun. Bundan əlavə, həkimlər bir-birləri arasında rəqqasə Sevdanın burnundan danışırdılar. Sən demə, mənim burnumu əməliyyat edən cərrah Sevdanın da burnunu əməliyyat edib. Amma burnu heç də uğurlu alınmayıb. Bunları eşidəndə cərrah bıçağı altna uzanmağıma peşiman oldum.

-Özünüzə gələndə ilk olaraq kimi gördünüz?

-Özümə gələndə yanımda qızım, bir də ən yaxın dostum dayanmışdı. Qızım bir əlimdən, dostum isə digər əlimdən tutmuşdu.

-Əməliyyat neçəyə başa gəldi?

-2000 ABŞ dollarına.

-Gələcəkdə bədənizin hansısa hissəsində əməliyyat etdirməyi düşünürsüz?

-Yaxın vaxtlar üçün belə fikrim yoxdur. Ümumiyyətlə, gedəndə cərahla iki əməliyyat danışmışdım, sonradan həkim məni bir fikrimdən daşındırdı. İstəyirdim ki, qarnımda olan piyləri çıxartdırım. Qaldı gələn dəfəyə.

Xəbər lenti

Xəbər lenti