...

"Lokomotiv" voleybolçuları Kiprə gedəcəklər

Cəmiyyət Materials 4 Fevral 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "Lokomotiv" voleybol klubu fevralın 6-da Kiprə 10 günlük təlim-məşq toplanışına yollanacaq.

Komandanın, məşq prosesi ilə yanaşı, yerli komandalarla bir sıra qeyri-rəsmi oyunlar keçirməsi nəzərdə tutulub. Belə ki, "Lokomotiv"in heyətində gənclər yığmasının oyunçuları və birinci komandanın ehtiyat oyunçuları çıxış edir. Buna görə, toplanış onlara gərgin beynəlxalq mövsümə yaxşı hazırlaşmaq imkanı verəcək.

"Lokomotiv" voleybolçuları ilə yanaşı Kiprə, zədədən sonra bərpa kursu keçən Yelena Parxomenko, analıq məzuniyyətindən qayıdan Oksana Məmmədyarova da daxil olmaqla, "AzərReyl" klubu da gedəcək.

Xəbər lenti

Xəbər lenti