...

Azərbaycanda qədim alman kilsəsi bərpa edilib

Cəmiyyət Materials 6 Fevral 2008 12:00 (UTC +04:00)
Azərbaycanda qədim alman kilsəsi bərpa edilib

Azərbaycan, Gəncə, 06 fevral / Trend , müxbir V. Məmmədov/ Almaniya Federativ Respublikası Xanlarda olan qədim alman kilsəsinin bərpasına 250 min avro vəsait xərcləyib. Bu barədə kilsənin təmirdən sonra keçirilən açılış mərasimində Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Stankina bildirib.

Lüteran alman kilsəsi 1854-ci ildə almanlar tərəfindən tikilib. Uzun illər almanların ibadətgahı olub. Rayonda yaşayan almanların sayı azaldıqdan sonra kilsə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyət göstərib. Təmirdən sonra isə kilsə mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.

Səfir deyib ki, kilsənin fəaliyyətindən sonra rayonda turizmin inkişfı üçün əlverişli şərait yaradılacaq. Onun sözlərinə görə, respublikanın digər rayon və şəhərlərində olan qədim alman kilsələrinin bərpası planlaşdırılır.

Kilsənin açılış mərasimində Almaniyadan gələn nəfəs alətlərindən ibarət "Areranq" qrupu konsert proqramı ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti