...

"Yuğ" teatrı beynəlxalq seminara hazırlaşır

Cəmiyyət Materials 6 Fevral 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

"Yuğ" teatrı beynəlxalq seminara hazırlaşır. Seminar "Yuğ" teatrının poetikası" adlanır. Bu haqda TrendLife-a teatrın direktoru Tərlan Rəsulzadə xəbər verib: "Seminar Avropa Gənclərinin İşləri üzrə Departamentin xətti ilə keçiriləcək. Departamentin nümayəndələri qeyd ediblər ki, Avropada heç bir teatrın belə poetikası yoxdur. Artıq seminarda iştirak etmək üçün Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Türkiyə və digər ölkələrdən nümayəndələr təkliflər irəli sürüblər. Lakin biz iştirakçıları xüsusi müsabiqə əsasında seçəcəyik".

Xəbər lenti

Xəbər lenti