...

Naxçıvanda Təcili Tibb Mərkəzi istifadəyə verilib

Cəmiyyət Materials 8 Fevral 2008 05:25 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 08 fevral / Trend , müxbr E.Məmmədov / Azərbaycan, Naxçıvan/ Trend , müxbr E.Məmmədov/ Naxçıvan şəhərindəki Xəstəxana şəhərciyində Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi istifadəyə verilib.

Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan tibb mərkəzində yerli sakinlərə ilkin tibbi müdaxilə göstərilməsi üşün 10 təcili yardım maşını da gətirilib.

Mərkəzin intensiv terapiya palatası, manipulyasiya və digər otaqlarında süni tənəffüz, elektrokardioqrafiya və müxtəlif müasir tibb aparatları quraşdırılıb.

Bundan əlavə burada fəaliyyət göstərən 6 təcili yardım briqadasının hər birinə 1 ədə təcili yardım çantası verilmişdir.

Xəbər lenti

Xəbər lenti