Azərbaycan, Bakı, 16 fevral /müx. TrendLife Türkan İmaməliyeva/
Tanınmış klipmeyker Ülviyyə Könül martın 2-də Mərakeşə yola düşür. Belə ki, rejissor Mərakeşdə keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərinə dəvət alıb. Mərakeşdə keçirilən Azərbaycan mədəniyyəti günlərində İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva ilə yanaşı, mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edəcək. Bu günlər çərçivəsində müxtəlif görüşlər, Dəyirmi masalar təşkil olunacaq, geniş konsert proqramı təqdim olunacaq. Konsert proqramının video tərtibatı isə məhz Ülviyyə Könülə həvalə olunub.