...

Anamın ruhuna mahnı həsr edəcəm – əməkdar artist İlqar Muradov

Cəmiyyət Materials 21 Fevral 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /müx. TrendLife Şahin Cavadsoy/

Bir ay bundan əvvəl anasını itirən əməkdar artist İlqar Muradovun yaradıcılığındakı susqunluq dövrü hələ də davam edir. TrendLife-a danışan müğənni özü də etiraf etdi ki, ən əziz insanını itirəndən sonra heç bir yeniliyə imza ata bilmir: "Fərqi yoxdur, insanın valideyni neçə yaşındadır. Ana-atanın yerini kimsə verə bilməz. Anamın vəfatından bir ay keçsə də, onun yoxluğu ilə barışa bilmirəm. İndi bir neçə bəstəkara müraciət etmişəm, anamın timsalında dünyasını dəyişmiş bütün analara həsr olunmuş bir mahnı ifa etmək istəyirəm. Doğrudur, həmkarlarım ana haqqında dəfələrlə mahnılar yazdırıb, onları öz repertuarına daxil ediblər. Mən kimsəni təkrarlamaq niyyətində deyiləm. Sadəcə, anamın ruhuna mahnı həsr edəcəm. Məncə, övladın borcudur ki, anasını daim yad edib, ruhuna dualar etsin".

Xəbər lenti

Xəbər lenti