...

Azərbaycan abitruyentlərinin bilik səviyyəsi 10 faiz artıb – Komissiya sədri

Cəmiyyət Materials 21 Fevral 2008 14:22 (UTC +04:00)
Azərbaycan abitruyentlərinin bilik səviyyəsi 10 faiz artıb – Komissiya sədri

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən ali məktəblərə ilk sınaq imtahanlarından sonra cari tədris ilində abituriyentlərin bilik səviyyəsinin ötən tədris ilinin yanvar ayı ilə müqayisədə 10 faiz yüksək olduğu məlum olub. Bu barədə cümə axşamı jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə məlumat verib.

Abbaszadənin sözlərinə görə, ölkənin ali təhsil ocaqlarına keçid balları ötən il olduğu kimi 250 bal təşkil edə bilər.

"Keçid balları ali məktəblərə qəbul elan olunduqdan sonra məlum olacaq. Əgər ali təhsil ocaqlarına qəbul planı artarsa, keçid balları qaldırılmayacaq" - deyə o bildirib.

Onun sözəlirnə görə, ali təhsil müəssisələrinə imtahan cədvəli mayda elan olunacaq. İlk imtahan daha çox sənəd veriləcək ixtisas üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti