...

Zəlimxan Yaqub Almaniyaya gedir

Cəmiyyət Materials 27 Fevral 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /müx. TrendLife Safura/

Ürəyində yaranan problemlərlə əlaqədar Mərkəzi Klinik xəstəxanaya yerləşdirilən xalq şairi Zəlimxan Yaqub, həkimlərin səyi nəticəsində iki gündən sonra ayağa qalxıb. Ürək aritmiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən şair hazırda ev şəraitində müalicəsini davam etdirir. Səhhəti ilə bağlı şair özü TrendLife-a bunları söylədi. "Sağ olsun həkimlər, məni həyata qaytardılar. Ürəyimlə bağlı heç vaxt şikayətim olmayıb. Birdən-birə ürək ritmim pozuldu. Təcili yardım gəlib, məni xəstəxanaya aparanda elə bildim ki, ölürəm. Martın 8-də Almaniyaya müayinəyə gedəcəyəm. Orada həkimlər nə məsləhət görsələr, elə də olacaq. Lazım gələrsə, əməliyyata da hazıram".

Xəbər lenti

Xəbər lenti