Azərbaycan, Bakı, 29 fevra /müx. TrendLife Günel Əhmədova/
Gövhər Həsənzadə bəstəkarlıq yaradıcılığının bir qolunu qardaş Türkiyəyə yönəldib. Onun TrendLife-a bildirdiyinə görə, vaxtilə müğənni Kərimin ifasında məşhur olan "Sorma halımı" mahnısı Zerrin Özerin ifasında səsləndiriləcək. Sirr deyil ki, Türkiyənin sənət adamları arasında repertuarını Gövhər xanımın bəstələri ilə zənginlləşdirənlər çoxdur. Lakin Həsənzadə bəstələrinə hər ifaçıya satmaqda maraqlı deyil. Bu və digər yaradıcılıq məqsədilə Türkiyəyə səfərlərində bəstəkar xanım onlarla yaxın tanışlıqdan sonra mahnının kimlərə verilib-verilməyəcəyinə qərar verəcək.