...

Mən pula görə vətəni satanlardan deyiləm – müğənni Elariz Məmmədoğlu

Cəmiyyət Materials 11 Mart 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Şahin Cavadsoy/

"Xocalı" soyqırımı günü bəzi sənətçilərimizin İsraildə məlum konsertindən günlər keçsə də, yerli şou nümayəndələri hələ də bu məsələni müzakirə edirlər. Müğənni Elariz Məmmədoğlu da axına qoşulub, həmin ərəfələrdə konsert verən sənətçiləri tənqid atəşinə tutanlardandır. Sənətçi bizimlə söhbətində ona da bu tip təkliflərin gəldiyini açıq şəkildə TrendLife-a etiraf etdi: "Bir tərəfdən, mən onları qınamıram. Çünki, hər kəs Elariz Məmmədoğlu ola bilməz. Yəni 5 manat çörəkpulundan imtina etmək hər oğulun işi deyil. Mənə də təkliflər gəlmişdi, bir konsert fevralın 26-na, digəri isə 27-nə. Rusiydan gələn bu təklifə əvvəlcə razılıq verdim. Sonra yadıma düşdü ki, axı bu günlərdə mən necə səhnəyə çıxa bilərəm? Təşkilatçılarla növbəti danışığımızda yüksək qonorara baxmayaraq, bu təklifi qəbul etmədim. Mən pula görə vətəni satanlardan deyiləm. Qoy sənət dostlarım bu sözlərimizdən inciməsinlər".

Xəbər lenti

Xəbər lenti