...

Anam istəyir ki, qızıma onun adını verim –müğənni Rəqsanə İsmayılova

Cəmiyyət Materials 11 Mart 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Şahin Cavadsoy/

İki aydan sonra müğənni Rəqsanənin ikinci uşağı dünyaya gələcək. Bu barədə TrendLife-a məlumat verən sənətçi əminliklə söyləyir ki, doğulacaq körpəsi yenə qız olacaq: "Çox istəyirdim ki, dünyaya gətirəcəyim övladımın qız və ya oğlan olacağını özüm üçün yəqinləşdirim. Ona görə həkim məsləhəti ilə aparatdan keçdim. Və əmin oldum ki, qızım olacaq. Düzdür, atası istəyirdi ki, oğlu olsun. Yəni, kişinin oğlu olar məsəlini tez-tez mənə xatırladırdı. Amma mənim niyyətim qız övladı idi. Allahıma min şükür edirəm ki, o, ikinci dəfə də ailəmizə qız uşağı nəsib edəcək".

Qızına hansı adı verəcəksən?- sualını isə, İsmayılova belə cavablandırdı: "Açığı, ad barəsində dəqiq fikirləşməmişəm. Lakin anam istəyir ki, onun adını qoyaq. İnşallah, qızım olarsa, yəqin Adilə adını qızıma yaraşdıraram".

Xəbər lenti

Xəbər lenti