...

Gürcüstan Azərbaycanlıları Konqresinin sıraları genişlənib

Cəmiyyət Materials 17 Mart 2008 20:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 mart/ Trend , müxbir N.Kirtsxaliya, C.Babayeva/ Gürcüstan Respublikasında daha beş Azərbaycan QHT Gürcüstan Azərbaycanlıları Konqresinin sıralarına daxil olub. Bu barədə bazar ertəsi Konqresin həmtəsisçilərindən biri, "Gürcüstan - mənim Vətənim" Ictimai Birliyin sədri Əli Babayev Tbilisidən telefonla Trend -a məlumat verib.

Gürcüstan Azərbaycanlıları Konqresi fevralın 12-də, bu ölkədə fəaliyyət göstərən Azərbaycan QHT tərəfindən yaradılıb. Konqresin məqsədi azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına yardım və onların problemlərinin həlli yollarını öyrənməkdir.

Bazar ertəsi Tbilisidə "Kino Evi"ndə Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təsis qurultayı keçirilib. Onun əsas mövsuzu azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası olub.

Gürcüstan azərbaycanlıları bildirirlər ki, yaşadıqları ölkədə onların hüquqları, onilliklərdir ki, tapdanır. Onların gürcülərlə bərabər hüquqları yoxdur və bu vəziyyət özünü idarəetmə orqanlarında göstərir. Ali hakimiyyət bir tərəfə, hətta rayonlarda etnik azərbaycanlılar təmsil olunmayıblar.

Babayevin sözlərinə görə, qurultay iştirakçıları - gürcü cəmiyyətinin nümayəndələri - Gürcüstanın Ombdusmanı Sozara Subari, milli azlıqların nümayəndələri GAK-ın yaradılmasını dəstəkləyiblər.

"Konqresin idarə Şurası tərəfindən fəaliyyət proqramı hazırlanıb. GAK bu proqrama müvafiq olaraq, azərbaycanlıların sıx yaşadığı regionların problemlərinin həlli üçün fəaliyyət göstərmək niyyətindədir", - Babayev bildirib.

Görüş iştirakçıları imza toplamaq və Gürcüstanın bütün hakimiyyət orqanlarına, həmçinin, xalq müdafiəçisinin ofisinə ərizə vermək niyyətindədirlər. Açıq məktubda onlar öz hüquqlarının maraqlarının nəzərə alınmasını tələb edəcəklər.

Görüşün iştirakçısı jurnalist Lali Moroşikanın Trend -a bildirdiyinə görə, azərbaycanlılar Gürcüstan əhalisinin böyük əksəriyyətini təşkil edirlər və onların cəmiyyətə inteqrasiyası ölkə üçün də vacibdir. İlk növbədə, azərbaycanlılar cəmiyyətin əsrlərlə gürcülərlə birlikdə yaşayan təbəqəsini təmsil edirlər və ölkənin digər sakinləri kimi, onların da problemləri var", - Moroşkina bildirib.

"Azərbaycanlıların hansı hüququndan söhbət gedə bilər ki, bizi tatar adlandırırlar və bu çox təhqiramizdir. Biz - azərbaycanlılarıq və biz Gürcüstanda ölkənin digər vətəndaşları ilə bərabər hüquqlarda yaşamaq istəyirik", - Azərbaycan diasporu üzvlərindən biri - Mirvan Əliyev görüşdə bildirib.

Konqresin təsisçilərindən biri - Elbrus Məmmədov bildirib ki, Gürcüstan azərbaycanlıları ölkədə müasir demokratiyanın yaradılması, Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsində fəal iştirak etməyə hazırdırlar. "Biz Gürcüstanda inteqrasiya etməyə hazırıq və bunu azərbaycanlıların milli mədəniyyətinin - bizim adətlərin, dilimizin saxlanılması şəraitində istəyirik" - Məmmədov Trend -a bildirib.

Xəbər lenti

Xəbər lenti