...

Məhkəmə sabiq nazirin müayinədən keçirilməsinə razılıq vermədi (yenilənib)

Cəmiyyət Materials 18 Mart 2008 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı 18 mart / " müxbir K.Zərbalıyeva/ Korrupsiya cinayətlərində ittiham olunan sabiq iqdisadi inkişaf naziri Fərhad Əliyev tibbi müayinə olunması və tam müalicəsindən sonra məhkəmə prosesinin başlanmasını istəyib. Bu vəsatətlə çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində sabiq nazir Əliyev və onunla birgə həbs olunan şəxslərin barəsində verilən apellyasiya şikayəti üzrə keçirilən prosesdə vəkil Elton Quliyev çıxış edib.

Sabiq iqtisadi inkişaf naziri Əliyev və onun qardaşı, "Azpetrol" şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Həmin vaxt onların hər ikisi dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamaqda ittiham edilib.

Vəkil bildirib ki, fevralın 5-dən 20-dək sabiq nazir penitensiar xidmətin müalicə müəssisəsində müayinədən keçirilib və bu günədək Əliyev və vəkillərinə müayinələrin nəticələri təqdim olunmayıb. Bu səbəbdən də, vəkil həmin nəticələrin məhkəməyə təqdim olunması, nəticələr əsasında Əliyevin etibar etdiyi həkim tərəfindən müalicə olunması və bundan sonra məhkəmə prosesinin başlanmasını xahiş edib. Vəsatətə münasibət bildirən sabiq nazir siyasi sifarişlə həbs olunduğunu, məhkəmə hökmü olmadan qanunsuz olaraq 2 il 6 ay həbsdə saxlanıldığını vurğulayıb. Əliyev səhhətinin ağır olduğunu və etibar etdiyi həkim tərəfindən müalicəyə ehtiyacı olduğunu bildirib. F.Əliyevin qardaşı R.Əliyevin vəkili Fuad Ağayev birinci instansiya məhkəməsində cinayət işinin obyektiv araşdırılmadığını əsas gətirərək, işin təkrar baxılmasına Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə verilməsi üçün vəsatət verib. Günün birinci yarısı verilmiş vəsatətlər məhkəmə tərəfindən təmin olunmayıb. Təqsirləndirilənlərin vəkilləri günün ikinci yarısında keçirilən iclasda hüquqlarını müdafiyə etdikləri şəxslərin qanunsuz həbsdə saxlanılmasını əsas gətirərək, onların həbsdən azad olunması, barələrində digər qəti-imkan tədbirinin seçilməsi vəsatəti ilə çıxış ediblər. Bu vəsatət də məhkəmə tərəfindən təmin olunmayıb. Hazırlıq iclası sabah davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti