...

Azərbaycan Ədliyyə Nazirliyi prezidentin əfv fərmanının icrasına başlayıb(video)

Cəmiyyət Materials 19 Mart 2008 10:47 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi prezidentin əfv fərmanının icrasına başlayıb(video)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbəliyeva/ Ədliyyə Nazirliyi Pentensiar Xidmeti bu gün Prezidentin sonuncu Əfv fərmanının icrasına başlayıb.

Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Novruz bayramı münasibəti ilə əfv fərmanı imzalayıb. Əfv fərmanı 59 nəfərə şamil edilib. Onlardan 58-i cəzadan azad edilib, 1 nəfərin cəzası isə yarıya qədər azaldılıb.

Fərmanın icrasını təmn etmək məqsədilə Pentensiar Xidmətin (PX) yaradılmış 4 xüsusi qrup əfv olunmuş məhkumların azadlığa buraxılması üçün onların cəza çəkdiyi müəssisələrdə olublar.

PX-nin rəis müavini Hüseyn Əlixanov çərşənbə günü jurnalistlərə bildirib ki, əfv olunanlar arasında bir yetkinlik yaşına çatmayan məhkum da var. Onun sözlərinə görə, 1995-ci ildən indiyə qədər prezident tərəfindən imzalanmış əfv fərmanları ilə sonuncusu da nəzərə alınmaqla 4762 məhkuma şamil olunub. Onların böyük hissəsi azadlığa buraxılıb.

Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru Sahib Məmmədov isə jurnalistlərə deyib ki, İnsan Haqları üzrə Monitorinq Qrupunun hazırladığı 32 nəfərlik siyasi məhbus siyahısında olanlardan 5 məhkum sonuncu əfv fərmanı ilə azadlığa buraxılıb.

Əfv olunanların azadlığa buraxılması prosesində QHT-lər, KİV və Əfv Komissiyasının nümyəndələri də iştirak ediblər.

Bundan öncəki əfv fərmanı ötən il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə imzalanıb, 119 məhkuma şamil edilib.

Xəbər lenti

Xəbər lenti