...

"Kinoklub"u mən yaratdım, amma məni oradan uzaqlaşdırdılar - xalq artisti Muxtar Maniyev

Cəmiyyət Materials 19 Mart 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı,19 mart /müx. "TrendLife" Safura/

Xalq artisti Muxtar Maniyev şikayət edərək "TrendLife"ın müxbirinə bu gün AzTv ilə nümaiş olunan "Kinoklub" verilişinin bərbad halda olduğunu bildirdi: "Vaxtı ilə "Kinoklub"u mən yaratmışdım. Sonra AzTv-yə yeni rejissorlar gəldi, daha dəqiq desəm, rejissor iddiasında olanlar. Mənim iradlarım onların xoşuna gəlmədi. Mən də inciyərək, gedəcəyimi bildirəndə, mənə "heç kim sizi saxlamır, getmək istəyirsiniz gedin" dedilər. İndi görürəm ki, mənim oradan getməyim onlara sərfəli imiş. "Kinoklub"un mövzuları bir-birini təkrarlayır, çağırılan qonaqlar eyniliyi ilə camaatın gözünü yorur. Biri bir kəlmə deyir, yerdə qalanları boş-boş gülür. Biabırçılıqdır".

Muxtar Maniyev televiziya sahəsində savadlı kadrların az olmasından və öyrənmək istəyənlərin yoxluğundan şikayətləndi: "Biz uçuruma gedirik. Nə olsun ki, tele-kanalların sayı artıb, keyfiyyət çox aşağıdır. Vaxtı ilə bir tele-kanal var idi, hamı da hər şeydən xəbərdar idi, indi heç kimin heç nədən xəbəri yoxdur".

Xəbər lenti

Xəbər lenti