...

Azərbaycanın cüdo üzrə yığma komandası Novruz bayramı ilə əlaqədar Avro-2008-ə hazırlığını müvəqqəti olaraq dayandıracaq

Cəmiyyət Materials 19 Mart 2008 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Z.Səfərov/ Zaqulba qəsəbəsində təlim-məşq toplanışında olan Azərbaycan yığmasının cüdoçuları qısa müddətli məzuniyyət alacaqlar.

Komandanın baş məşqçisi Ağayar Axundzadə bildirib ki, Novruz bayaramı münasibəti ilə idmançılar müvəqqəti olaraq məşqləri dayandıracaq və bir neçə gündən sonra onu bərpa edəcəklər.

"Biz çox yaxşı başa düşürük ki, bu ailəvi bayramdır, buna görə cüdoçular bu müddəti öz doğmalarının yanında olmalıdırlar" - deyə məşqçi bildirib.

Hazırda yığma Portuqaliyada keçiriləcək Avropa çempionatına intensiv hazırlaşır və bu yarış Pekinə gedəcək oyuncuları aydınlaşdıracaq. Yarışın yekunu üzrə Avropa Cüdo İttifaqının (EJU) reytinqində aparıcı mövqedə qərarlaşan beş Azərbaycan atleti Olimpiya Oyunlarında mübarizə aparmaq şansı qazanacaq.

Xəbər lenti

Xəbər lenti