...

FİDE-nin Yoxlama Komissiyası Bakıya gələcək

Cəmiyyət Materials 20 Mart 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir Z.Səfərov/ FİDE-nin Yoxlama Komissiyası aprelin 20-də start götürəcək FİDE Qran-Prisinin birinci mərhələsinin təşkilinə paytaxtın nə dərəcədə hazır olduğunu yoxlamaq üçün martın 21-də Bakıya səfər edəcək.

Trend un verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə FİDE-nin kommersiya direktoru Cefri Borq və təşkilatın mətbuat katibi Berik Balqabayev daxil olacaq. Onların yarışın keçiriləcəyi zal, infrastruktur və Qran-Pri iştirakçıları və qonaqlarının qalacağı yerin şəraiti ilə tanış olacaqlar. Bununla yanaşı, qonaqların Bakıya gəlişi müəyyən səviyyədə şərti xarakter daşıyır; deyilənlərə görə, FİDE Azərbaycanda yarışların yüksək səviyyədə keçirilməsi ilə tanışdır.

Qarşıdakı yarışda on dörd qrossmeyster, o cümlədən üç Azərbaycan şahmatçısı - Teymur Rəcəbov, Şahriyar Məmmədyarov və Vüqar Həşimov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti