...

Azərbaycanın Qərb bölgəsində güclü külək nəticəsində kəsilən işıq bərpa olunub

Cəmiyyət Materials 27 Mart 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Daşkəsən, 27 mart/ Trend , müxbir G. Raqifqızı/ Azərbaycanın Qərb bölgəsində yerləşən Kədəbəy rayonunda martın 21-dən 22-nə keçən gecə əsən güclü külək nəticəsində kəsilən elektrik enerjisinin bərpa olunması üçün tədbirlər görülür və sıradan çıxan 150 elekrtik dirəyindən 105-i artıq bərpa olunub. "Dünən rayonun Ərtəpə və Hacılar kəndi istisna olmaqla rayon kəndləri enerji ilə təmin olunub. Fövqəlada Hallar Komissiyasının mütəxəssisləri tərəfindən rayonun bütün kəndlərində 2 min 100 ədəd dam örtüyünü, 8 ictima binanın, 150 elektrik, 18 telefon dirəklərinin və Rüstəm Əliyev tele ötürücüsünün sıradan çıxmasını müəyyən ediblər", -deyə cümə günü Trend ə açıqlamasında Gədəbəy rayon fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayev

bildirib.

Komissiya sədri Gədəbəydə 2100 ədəd azbest löhvəsinə ehtiyac olduğunu deyib. Təbii fəlakətin nəticələrinin aradan qıldırılması ilə bağlı işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti