...

Azərbaycanın Quba rayonunda ermənilərin törətdiyi soyqrım faktı Türkiyə Parlamentində müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 28 Mart 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart / Trend , müxbir A.Qafarov/ Türkiyə Parlamentində Azərbaycanın Quba rayonunda ermənilərin törətdiyi soyqrım faktı müzakirəyə çıxarılacaq.

Bu barədə cümə günü Qubada aşkarlanan kütləvi məzarlıqda olan Türkiyənin hökumət və KİV nümayəndələri məlumat verib.

Ötən ilin aprelin əvvəllərində paytaxt Bakıdan 170 kilometr şimalda yerləşən Qubada stadion tikintisinə başlayarkən kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra ekspedisiya qrupu yaradılıb və arxeoloji qazıntılar aparılır. Hadisə yerində olan tarixçi və arxeoloqlar kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqrımı nəticəsində yarandığını müəyyənləşdiriblər. İndiyədək tədqiqat zolağında 2 arxda qazıntılar aparılıb və 160-dan artıq insanın sümükləri aşkarlanıb.

Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkənlər arasında, həmçinin İsveç, Niderland, Qırğızıstanın da hökumət nümayəndələri də olub. Xarici qonaqlara bildirilib ki, ermənilər azərbaycanlılarla yanaşı yəhudi və ləzgilərə də qarşı soyqrım sıyasəti aparıblar.

Xəbər lenti

Xəbər lenti