Azərbaycan, Bakı, 29 mart/ Trend / Günel Əhmədova
Müğənni Röya Nəcəfovaya məxsus "Ulduz" adlı prodüser mərkəzinə prodüserlik edən Tolik şirkətin ilk layihələrindən biri barədə TrendLife-a məlumat verdi. Onun sözlərinə görə, prodüser mərkəzi türk sənətçilərinin Bakıya gəlişini təmin etmək istiqamətində çalışır və bu layihələrdən ilki yaxın iki ay əzrində həllini tapacaq. Tolikin əlavəsinə görə, nəzərdə tutulan sənətçi İsmayıl YK-dır. Xatırladaq ki, sözugedən sənətçi Bakıya ilk səfərini iki il əvvəl edib. Onun hansı məkanda və hansı tarixdə çıxış edəcəyi isə yaxın həftələrdə məlum olacaq.