...

2008-2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə ərizə qəbulu başlanır – Dövlət Komissiyası

Cəmiyyət Materials 30 Mart 2008 13:40 (UTC +04:00)
2008-2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə ərizə qəbulu başlanır – Dövlət Komissiyası

Azərbaycan, Bakı, 30 mart / " , müxbir C.Babayeva/ Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasında orta ixtisas məktəblərinə ərizə qəbuluna başlayır. Bu barədə bazar günü jurnalistlərə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.

Abbaszadənin sözlərinə görə, abituriyentlərin ərizələri internet vasitəsilə qəbul olunacaq.

"Abituriyentlər Azərbaycanın şəhər və rayonlarındakı poçt şöbələrindən 2 manat dəyərində "ödəmə kartı" əldə etdikdən sonra martın 31-dən mayın 31-dək elektron ərizələrini doldurmalıdırlar. Bundan sonra sənəd qəbulu komissiyalarına tələb olunan sənədləri təqdim edərək aprelin 11-dən mayın 31-dək ərizələrini təsdiq etdirməlidirlər", - deyə Abbaszadə bildirib.

Dövlət Komissiyası sədrinin sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra TQDK-nın internet səhifəsində yerləşdiriləcək qəbul planına daxil olan ixtisaslar siyahısından ixtisaslar seçiləcək.

"I və IV ixtisas qruplarında müsabiqəyə ümumi balı 250-dən, digər qruplarda isə 300-dən az olmayan abituriyentlər buraxılacaq", - deyə Abbaszadə bildirib.

Onun sözlərinə görə, qəbul imtahanlarının tarixləri mayın 31-də elan olunacaq.

Xəbər lenti

Xəbər lenti