...

Lənkəranda uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin baxış müsabiqəsi keçirilib

Cəmiyyət Materials 30 Mart 2008 22:42 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 30 mart / Trend müxbir P.Əliyeva/ Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin  respublika baxış müsabiqəsinə start verilib. Müsabiqə respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisi səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması məqsədilə həyat keçirilir.

Əli-Bayramlıdan sonra növbəti baxış müsabiqəsi  Lənkəranda keçirilib. Müsabiqəyə  yeddi rayonun  uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri qatılıb. Münsiflər heyətinə Dövlət xor kapellasının bədii rəhbəri Gülbacı İmanova, Xor kapellasının direktoru Xurşud Allahverdiyeva və xormeystr Fazil Məmmədov daxildir.  

Lənkərandan sonra baxış müsabiqəsi Şəki, Gəncə və  Sumqayıt şəhərlərində keçiriləcək.

Baxış müsabiqəsinin qalibi gələn il paytaxtda keçiriləcək 6-cı Respublika Xor Müsabiqəsinə vəsiqə qazanacaq.

5-cı Respublika Xor Müsabiqəsində Lənkəran uşaq musiqi  məktəblərinin  xor kollektivi ikincı yeri tutmuşdur.

Xəbər lenti

Xəbər lenti