...

Azərbaycanlı güləşçi olimpiya lisenziyası qazanıb

Cəmiyyət Materials 2 Aprel 2008 10:54 (UTC +04:00)
Azərbaycanlı güləşçi olimpiya lisenziyası qazanıb

Azərbaycan, Bakı, 01 aprel / Trend /Azərbaycan yığmasının sərbəst güləşçiləri Finlandiyanın Tempere şəhərində keçirilən Avropa çempionatında üç bürünc medal qazanıblar. Günün qəhrəmanı isə təkcə medal deyil, həm də olimpiya lisenziyası qazanan Emin Əzizov ( 66 kq) olub.

Dörddə bir finalda polşalı Adam Sobiraşa qalib gələn Əzizov, yarımfinalda gürcüstanlı Kobı Kakaladzeyə məğlub olub. Bürünc medala gedən yolda güləşçimizin rəqibi Ermənistandan olan Zikayr Xovanisyan olub. Bu görüşdə Əzizov rəqibinə qalib gələrək kürsünün üçüncü pilləsinə qalxıb və eyni zamanda Pekin Olipiadasına lisenziya əldə edib.

Avropa çempionatında daha iki bürünc medalı Novruz Temrezov ( 84 kq) və Əli İsayev ( 120 kq) qazanıb.

Olimpia - 2008 avqust ayında Çində keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti