...

Elşad Xosenin konserti sponsor ucbatından təxirə düşdü

Cəmiyyət Materials 4 Aprel 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Milli hip-hopun yaranmasında zəhməti olan reper Elşad Xosenin konserti təxirə düşdü. Xatırladaq ki, TrendLife-a verdiyi açıqlamasında Elşad bildirmişdi ki, aprelin ortalarında konsert salonlarının birində pərəstişkarları qarşısında solo proqramla çıxış edəcək. Lakin öyrəndik ki, o, bu istəyini yenə ürəyində boğmağa məcbur olub: "Konsetin təxirə düşməsinin ən birinci səbəbi sponsorun sözünə xilaf çıxması oldu. Öncə konkret razılaşma əldə etsək də, son məqamda maliyyə vəsaitini ödəməli olan şirkət rəhbəri sözünün üstündə durmadı. İndi başqa sponsorlarla danışıqlar gedir. Edilən təkliflərin bir neçəsində konsertimi restoranda keçirməyimi istəyirlər. Amma mən razılaşmıram. Çünki, heç bir restoran səhnəsi konsert meydançasını əvəz etmir və edə bilməz".

Yaradıcılığındakı yeniliklərə gəldiksə isə, Xose bunları söylədi: "Yeni disk üzərində son tamamlama işləri gedir. Yəqin ki, mayın əvvəllərində növbəti albomumu repsevərlərin ixtiyarına təqdim edəcəyəm".

Xəbər lenti

Xəbər lenti