...

Mən Sankt-Peterburqda canlı ifa edən yeganə müğənni idim – Azərbaycanın Xalq artisti Azər Zeynalov

Cəmiyyət Materials 8 Aprel 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel /müx. TrendLife Safura/

Bu yaxınlarda Sankt-Peterburqda keçirilən "Bahar dostları" adlı konsertdə Azərbaycanı Xalq artisti Azər Zeynalov təmsil edib. Konsertdə öz ansanblı ilə iştirak edən müğənni 20 dəqiqəlik çıxışı ilə hamını heyrətləndirib. MDB ölkələrinin iştirak etdiyi bu konsertdə hamıdan fərqli olaraq məhz Azər Zeynalov canlı ifa nümayiş etdirib. Azərbaycan bəstəkarlarının mahnılarını dinləyicilərə təqdim edən Azər Zeynalov təəssüratlarını TrendLife-la bölüşdü: "Hamı fonoqram ilə oxuyurdu, mən səhnəyə çıxıb canlı ifa edəndə əvvəlcə elə düşündülər ki, bu da fonoqramdır. Lakin bir neçə saniyədən sonra gurultulu alqışlar eşidəndə fərəhləndim. Mədəniyyət nazirimiz Əbülfəs Qarayevə minnətdarlığımı bildirmək istəyirəm ki, mənə ansanblım ilə birlikdə getmək üçün şərait yaratdı. Mən yeganə ifaçı idim ki, öz ansanblım ilə iştirak edirdim" deyən Azər Zeynalov azərbaycanlıların həmişə fərqləndiyini bildirdi.

Xəbər lenti

Xəbər lenti