...

ABŞ-dakı Azərbaycan və türk diaspor təşkılatları "TÜRK NERWORK" şəbəkəsi yaradır

Cəmiyyət Materials 11 Aprel 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir S.İlhamqızı/ Aprelin 12-də ABŞ-da "TÜRK NERWORK" şəbəkəsinin təqdimatı keşiriləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Layihəni Amerika Türk Dərnəkləri Federasiyası və Amerika Azərbaycan Cəmiyyəti birgə həyata keçirir. Belə bir şəbəkənin yaradılmasının məqsədi Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığı daha da təkmilləşdirmək və Amerika ilə türk dünyası arasında əlaqələri inkişaf etdirməkdir. "TÜRK NERWORK" layihəsi ABŞ-da prezident seçkiləri ərəfəsində bu ölkədəki türkləri siyasi cəhətdən fəallaşdırmağa da xidmət göstərəcək.

Qeyd edək ki, bir neçə ay əvvəl "US Azeri's Network" adlı şəbəkə yaradan Azərbaycan diaspor təşkilatları da "TÜRK NERWORK" layihəsində fəal iştirak edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti