...

İranda azərbaycanlı milli hərəkat fəalı Abbas Lisaninin həyat yoldaşı həbs olunub

Cəmiyyət Materials 12 Aprel 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel/ Trend , müxbir D.Xatınoğlu/ İranda Güney Azərbaycan milli hərəkatının fəalı və insan haqları üzrə müdafiəçi Abbas Lisaninin həyat yoldaşı həbs olunub.

İran təhlükəsizlik orqanı əməkdaşları (Ettelaat) aprelin 12-də gecə saatlarında Lisaninin evini yoxlamaq məqsədilə içəri daxil olaraq, onun həyat yoldaşı Rüqəyyə Lisaninin kompüterini müsadirə ediblər. Xanım Lisaninin özü də həbs edilib. Bu barədə İran Azərbaycanlı Məhbuslarının Müdafiə Assosiasiyasının sədri Faxtə Zəmani Kanadadan Trend a bildirib.

Zəmani əlavə edib ki, evin yoxlanılması zamanı Lisaninin ailəsi ilə kobud davranılıb.

Bundan əvvəl isə xanım Lisani Trend in müxbirinə açıqlamasında bildirmişdi ki, xəfiyyə orqanları tərəfindən dəfələrlə izlənilərək həbs və işgəncələrlə hədələnib.

Abbas Lisani 2006-ci il ildən etibarən həbsdədir və hazırda İranın Yəzd şəhərinin həbsxanasına köçürülüb. Milli hərəkat fəalı Abbas Lisanı milli təhlükəsizliyi pozmaqda ittiham olunaraq 18 ay həbs cəzasına məhkum edilib. Bundan əlavə, Ərdəbil şəhərində insan haqlarının müdafiəsi şüarı ilə şəhər sakinlərini aksiyaya cəlb etdiyi üçün və "Babək" qalasında çıxışı zamanı Güney Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə əlaqədar hökuməti tənqid etdiyi üçün əlavə 12 ay həbs cəzasına da məhkum edilib. 

Xəbər lenti

Xəbər lenti