...

Bəstəkar Şəfiqə Axundovanın səhhəti sabitləşib

Cəmiyyət Materials 15 Aprel 2008 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /müx. TrendLife Safura/

Xalq artisti, bəstəkar Şəfiqə Axundova ürəyində yaranan problemlə əlaqədar, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxananın kardioloji şöbəsinin baş həkimi Əli Bayramovun TrendLife-a verdiyi məlumata görə, çoxdan infarkt keçirən Şəfiqə xanım, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya çatdırılıb, hazırda səhhəti artıq stabilləşib. Hələ də xəstəxanada müalicəsini davam etdirən bəstəkarın qolu da sınıb. Hazırda psixiatrik xəstəxanaya yerləşdirilən və orada müalicə alan yeganə oğlu Talehin aqibəti isə onu daha çox narahat edir. Bu haqqda TrendLife-a Şəfiqə xanımın yaxınları məlumat verdi.

Xəbər lenti

Xəbər lenti