...

Biz teatr dünyasında axırıncı yerdə deyilik- "Yuğ" teatrının rejissoru Vaqif İbrahimoğlu

Cəmiyyət Materials 28 Aprel 2008 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx. TrendLife Eldar Hüseynzadə/

Bu il "Yuğ" teatrında teatr poetikasının öyrənilməsinə aid iri beynəlxalq seminar keçiriləcək. Bu layihənin nədən ibarət olduğunu teatrın rejissoru Vaqif İbrahimoğlu TrendLife-a danışıb.

"Avropa Şurasının nəznində layihələrin əlaqələndirmə komissiyası fəaliyyət göstərir. Müxtəlif ölkələrdə onun agentlikləri var. Bu agentliklərdən biri də Türkiyədədir. Adıçəkilən agentliyin nümayəndələri burda idilər və biz onlarla teatr haqqında bəzi məsələləri müzakirə etdik. Ən çox "Yuğ" teatrının poetikası, psixologiyası maraq dairəsinə çevrildi. Biz də öz növbəmizdə sübut etmək istəyirik ki, teatr dünyasında axırıncı yerdə deyilik".

Xəbər lenti

Xəbər lenti