...

Kinolarda çəkilməliyəm, yoxsa ölərəm-xalq artisti Nuriyyə Əhmədova

Cəmiyyət Materials 28 Aprel 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx. TrendLife Safura/

Xalq artisti Nuriyyə Əhmədova azərbaycan kinosunda özünəməxsus obrazları ilə yadda qalıb. Bir çox filmlərdə çəkilən Nuriyyə xanım gözəl aktrisa olmaqla yanaşı, həm də səmimi insandır. Onun "Həm ziyarət, həm ticarət", "Bəxt üzüyü", "Sahilsiz gecə" kimi filmlərdə yaratdığı obrazlar tamaşaçılar tərəfindən həm sevilib, həm də yadda qalıb.

-Nuriyyə xanım, sizi bu günkü gündə nə narahat edir və nəyə təssüflənirsiniz?

-40 ilə yaxındır ki, incəsənətdəyəm. Onun 20 ilini Musiqili Komediya Teatrında keçirmişəm. 1981-ci ildə kinoya gəlmişəm. Bir çox seriallarda çəkilməşəm. Lakin onların 10-nun taleyi mənə məlum deyil. Həmin rejissorlardan serialların aqibətini soruşduqda, bəzilərə mənə səbrli olmağı, bəziləri isə heç cavab vermirlər. Məndə o serialları sağlığımda görmək istəyirəm.

-Bəs, nəyə görə Muzkomediyada 20 il işlədikdən sonra getməyə qərar verdiniz?

-Mənim ordan getməyimin əsas səbəbi yaxşı dramaturqların və marpaqlı rollarımın az olması oldu. Rasim Ocaqov, Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Şahmar Ələkbərov kimi dahi rejissorların sayəsində özümü sözün əsl mənasında incəsənətdə tapdım.

-Bu illər ərzində çox filmlərdə çəkilmisiniz. Hollivudda olsaydınız bundan çox pul qazana bilərdiniz?

-Mən heç vaxt maddi tərəfi düşünmürəm. Siz elə bilirsiniz ki, rejissorlar məni filmə yaxşı aktrisa olduğuma görə dəvət edirlər? Əlbəttə yox. Mən kaprizli aktrisa deyiləm. Qonararla heç vaxt maraqlanmıram. Düşünməyin ki, pula ehtiyacım yoxdur, əksinə. Sadəcə olaraq, filmdə çəkilməsəm ölərəm. Əvvəllər bizi hansısa verlişə dəvət edəndə ona görə qonarar verirdilər. İndi elə şeylər yoxdur. Bir neçə dəfə Faiq Ağayev məni öz verlişinə dəvət edib, onun təklifini qəbul edə bilməmişəm. Çünki piyada gəzə bilmərəm, maşınla getmək üçün isə 20 manat pul xərcləməliyəm. Hələ geyimimi demirəm. Hər halda mənə etdiyi bu dəvətə görə minnətdaram. Bir mən yox, bir çox aktrisalar maddi imkansızlıq ucbatından efirə çıxa bilmirlər. Düşünürəm ki, incəsənət nümayəndələrini efirə dəvət edirlərsə, ona görə pul verməlidirlər.

-Bizdə olan məlumata görə sizin həyat yoldaşınız da yaradıcı insandır...

-O, vokalçıdır. Müslüm Maqomayevdən dərs alıb. Uzun müddət filarmoniyada çalışıb. Onun və iki oğlumun sayəsində mən hələ də nəfəs alıram. 10 yaşlı kiçik oğlum İncəsənət gimnaziyasında oxuyur. Ümidvaram ki, mənim sənətimi o, davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti