...

Azərbaycanın futbol azarkeşləri Berti Foqtsun yığmaya baş məşqçi təyin olunmasını müsbət qiymətlənidirib - sorğu

Cəmiyyət Materials 28 Aprel 2008 16:39 (UTC +04:00)
Azərbaycanın futbol azarkeşləri Berti Foqtsun yığmaya baş məşqçi təyin olunmasını müsbət qiymətlənidirib - sorğu

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol azarkeşlərinin böyük əksəriyyəti yığma komandaya almaniyalı çalışdırıcısı Berti Foqtsun baş məşqçi təyin olunmasını müsbət qiymətlənidirib. Trend un apardığı sorğuda futbol azarkeşlərinin 74,69%-i (2573 nəfər) Foqtsun Azərbaycan yığmasının baş məşqçi vəzifəsinə təyin olunmasını müsbət qiymətləndirib.

Sorğuda iştirak edənlərin 13,12 %-i (452 nəfər) Foqtsun Azərbaycan millisinə baş məşqçi təyin olunmasının əleyhinə çıxıb. Sorğuya qatılanların 12.19%-i (420 nəfər) isə bitərəf qalıb.

Foqts Azərbaycan yığmasına aprelin əvvəllərindən başçılıq edir. O, 1996-cı ildə baş məşqçi kimi Almaniya yığmasına Avropa çempionluğunu qazandırıb.

Almaniyalı məşqçi futbol ictimaiyyətinə təqdim olunduğu ilk tədbirdə Azərbaycan yığmasının Almaniya, Rusiya kimi ölkələrin millilərindən xal alacağına inandığını bildirmişdi.

Foqtsun AFFA ilə müqaviləsi 2009-cu ilin ortalarınadək nəzərdə tutulub.

O, Azərbaycan yığması ilə 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Almaniya, Rusiya, Finlandiya, Uels və Lixtenşteyn komandalarına qarşı mübarizə aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti