...

Müğənni Xatunla, stilist Balaş qardaşlarının toylarını fetivala çevirdilər

Cəmiyyət Materials 29 Aprel 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Dünən "Karvan" restoranında müğənni Xatun və stilist Balaş, qardaşları Elnur üçün çox fərqli toy məclisi qurdular. Toyu digər şənliklərdən fərqləndirən əsas məqam, yenə də xoş günə qatılan müğənnilərin çoxluq təşkil etməsi ilə bağlı idi. İlk əvvəl ağsaqqal xeyir-duasını eşidən mehriban cütlük Elnur və Nəriminə, daha sonra sənətçilərin musiqili təbriklərini qəbul etdilər. Amma toyun idarə etməsini Xatun öz üzərinə göturmüşdü. Sevincini TrendLife-la bölüşən sənətçi, bəylə-gəlinə arzularını belə ifadə etdi: "Dəfələrlə toy məclislərində çıxış etmişəm. Nədənsə, bu gün çox həyəcanlıyam. Qardaşım Elnur həmişə söyləyir ki, mənim kimi bacısı olmasıyla fəxr edir. Mən də onunla qürur duyuram. Düzdür, Balaşı bir az ondan çox istəyirəm. Amma yenə də ikisi də mənim əzizlərimdir. Xoşbəxt, xoş-tale olsunlar".

Balaşın başı qonaqlara qarışdığından, qardaşını təbrik etməyə imkan tapmadı.

Toyun irəliləyən dəqiqələri daha yadda qalan oldu desək, yanılmarıq. Müğənnilər - Ülvi Qılınc, Aybəniz Haşımova, Nadir Qafarzadə, Emil, Natəvan Həbibi, Coşqun Viləş, Aslan, Əbdül Xalid Səidə Sultan, Əkbər, Elnur və Kərimin oxuduqları mahnılar toyu əsl festivala çevirdi. Səhnəmizin canlı korifeyi - xalq artisti Flora Kərimovanın ifası isə toya gələn qonaqlar tərəfindən bir başqa tərzlə qarşılandı.

Toyun sonuna doğru Xatun yenidən səhnədə göründü. Ritmik mahnılarla məclisi daha da coşduran sənətçi, elə öz ifası ilə də toyun yekun musiqilərini səsləndirdi. Beləcə, xoş akkordlarla Elnur-Nərminə ailə həyatlarının ilk gününü geridə qoydular.

Xəbər lenti

Xəbər lenti